KepezTV Player
Şəkidə 28 yaşlı qadın ehtiyatsızlıq nəticəsində xəsarət alıb. Gecə saatlarında Şəki rayon Mərkəzi Xəstəxanasına bıçaq yarası ilə Şəki şəhər Calğalıbulaq küçəsində yaşayan Tehranə Süleymanova daxil olub. Müayinə zamanı xəstəyə qarın boşluğunun sağ aşağı pay hissəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Süleymanova ehtiyatsızlıqdan xəsarət aldığını deyib. Onun sözlərinə görə, evdə övladı yıxılan zaman onu tutmaq istəyib və bu zaman əlindəki bıçaq qarın nahiyəsinə batıb. Fakt araşdırılır.
- Baxış: 396