• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1934
— 05.12.2018 14:04

“Kəpəz” Azərbaycan Kubokunda mübarizəyə başlayır

KepezTV Player

Sabah futbol üzrə Azərbaycan Kubokunda yeni mövsümə start veriləcək. 27-ci ölkə kuboku uğrunda mübarizə 1/8 final mərhələsindən başlayacaq. Gəncənin “Kəpəz” klubu ilk mərhələdən trofey üçün yarışa qoşulacaq. “Sarı-göylər”in rəqibi Premyer Liqada çıxış edən “Səbail” klubu olacaq. Şəhər stadionunda keçiriləcək oyunun startı saat 13:30-da veriləcək. Bu mərhələ bir görüşdən ibarətdir.

Qarşılaşmaya hazırlığı doğma meydanda keçirən Etibar İbrahimovun komandasında ciddi itki var. “Kəpəz”in hücumçusu Ziyabil Məmmədov zədəyə görə meydana çıxa bilməyəcək. 27 yaşlı futbolçu ötən həftə “Səbail”in I Divizionda yarışan əvəzedici komandası ilə görüşdə zədələnib. Yeri gəlmişkən, Məmmədov sözügedən oyunda qələbə topunun müəllifi olub. 

 

Azad Rəfi