• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 03.12.2018 14:54

Zeki Öztürk “Kəpəz”in kollektivi ilə görüşüb

KepezTV Player

Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zeki Öztürk “Kəpəz” Peşəkar Futbol Klubunu ziyarət edib. Zeki Öztürk klubun kollektivi ilə görüşüb.

Komandanın ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna gələn konsulu klubun rəsmiləri, məşqçi heyəti qarşılayıb. Arena ilə tanış olan qonağa “Kəpəz”in tarixi və qazandığı uğurlar haqda məlumat verilib. Zəki Öztürk futbolçularla da ayaqüstü görüşüb, qarşıdakı oyunlarda uğurlar arzulayıb. Komandanın ev matçlarından birində onlara tribunadan dəstək verəcəyini bildirib.

Klubun ofisində Baş konsula  arxasında adı və soyadı yazılan “Kəpəz”in Gəncənin avtomobil seriyasına uyğun 20 nömrəli forması, şərfi hədiyyə edilib. Qardaş ölkənin Nizami yurdundakı rəsmi təmsilçisi də görüşə əliboş gəlməyib. O, kollektivə Türkiyə istehsalı olan şirniyatı və “Skylife” turizm jurnalının Gəncə haqqında geniş məqalə dərc edilən buraxılışını təqdim edib. Xatırladaq ki, bir müddət öncə Zeki Öztürk "Kəpəz” ilə Türkiyənin hər hansı bir komandası arasında yoldaşlıq görüşünün təşkil olunması ilə bağlı fikir irəli sürmüşdü. Yeri gəlmişkən, klub nümayəndələri ilə görüşdə bu barədə müzakirələr aparıb. 

Zeki Öztürk, baş konsul: “Klubu ziyarət etməkdən böyük məmnunluq hissi duydum. Komandanın tarixi haqda müəyyən bilgiləri əldə etdim. Kollektivin tezliklə layiq olduğu yarışda - Premyer Liqada çıxış etməsini arzulayıram. İnşallah, “Kəpəz” yenidən Gəncə və gəncəlilərə yaraşan bir komanda olmaqla Azərbaycanı avrokuboklarda da uğurla təmsil edər”.

Görüşün sonunda Zəki Öztürk doğum gününü qeyd edən komandanın həkimi Şıxəli Həsənovu kollektivlə birgə təbrik edib.

 

Azad Rəfi