• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1698
— 30.11.2018 14:34

U-16 liqasında X turun oyunları keçirilib

KepezTV Player

AFFA-nın bayrağı altında 16 yaşadək futbolçulardan ibarət komandalar arasında keçirilən Azərbaycan birinciliyində 10-cu turun oyunları reallaşıb.

Hesabat turunda “Gəncə TİM” doğma meydanda “Neftçi”ni qəbul edib. 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin stadionunda baş tutan görüşdə hesab açılmayıb. Çempionatın ortabab komandaları arasında yer alan rəqiblər meydanı heç kimi razı salmayan bir xalla tərk etməli olublar. Halbuki oyun ərzində hər iki tərəf fərqlənmək üçün bir neçə real qol vəziyyəti yaradıb. Amma son zərbələr qeyri-dəqiqliklə tamamlanıb.

10-cu turdan sonra qonaqlar turnir cədvəlində 15 xalla 7-ci pillədə qərarlaşıblar. Rəqibindən iki xal az toplayan “Gəncə TİM” 9-cu yerdədir. Çempionatda növbəti turun görüşləri dekbarın 6-da keçiriləcək. 

Azad Rəfi