• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3096
— 29.11.2018 16:28

AFFA-nın təşəbbüsü ilə reallaşan “Açıq əyləncəli uşaq futbol məktəbi” layihəsinin həyata keçirildiyi növbəti şəhər Gəncə olub

KepezTV Player

Kütləvi idman tədbirində şəhər rəhbərliyi, milli məclisin deputatları, həmçinin Gəncənin futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Açılış mərasimində Azərbaycan futbolunun inkişafı istiqamətində görülən işlərdən danışılıb, gələcək planlardan bəhs olunub. Rəsmi hissədən sonra təlimlərə start verilib. Layihəyə cəlb olunan 10-12 yaşlı futbolçular məşqçilərdən tövsiyyələr alaraq meydanda bacarıqlarını nümayiş etdiriblər. “Açıq əyləncəli uşaq futbol məktəbi” azyaşlılar arasında futbola olan marağı artırmağa hesablanmaqla sağlam həyat tərzini təbliğ edir. 

Orxan Cəfərzadə