• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1253
— 29.11.2018 13:52

Lənkəranın dağ kəndi Biləsərdə canavar yeniyetmələrə hücum edib

KepezTV Player

16 yaşlı Anar Rəcəbov mal-qaranı həyətə gətirərkən kənddə canavarın hücumuna məruz qalıb. Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib. Rəcəbov əlindəki mobil telefonla yırtıcının başına bir neçə zərbə edirib. Yeniyetmə qaçaraq yaxınlıqdakı həyətlərdən birinə girib.

Canavar məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Abdullayevə də hücum edərək xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara zəruri tibbi yardımlar edilib.