![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/lamborghini_16.jpg?itok=ZlVl0-OQ)
Lamborghini şirkətinin Squadra Corse adlı avtoidman bölməsi tarixində ilk dəfə müştərilərindən biri üçün unikal model təqdim edib. Cəmi bir ədəd ərsəyə gətirilən SC18-i ictimai yollarda sürmək imkanı var. Buna baxmayaraq yarış xarakterliyini qoruyub saxlayıb. Ekstremal aerodinamik kuzov yarış stilindədir. Qarşıda 20 düymlük, arxada isə 21 düymlük təkərlər var. Lamborghini SC18 Aventador SVJ-dən 6,5 litrlik V12 motor mənimsəyib. 770 at güclü aqreqat 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə işləyir. Kupe haqqında başqa məlumat verilmir.
- Baxış: 438