• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3084
— 26.11.2018 14:25

“Qoşqar” yenə qələbə qazana bilmədi

KepezTV Player

Futbol üzrə Region Liqasının Şimal-Qərb zonasında 7-ci turun oyunları keçirilib. Tur çərçivəsində Gəncədə reallaşan “Qoşqar” – “Şəki” oyunu təcili tibbi yardım avtomobillərinin növbə dəyişməsi səbəbindən gecikmə ilə başlayıb. Futbolçular və hakimlər birqadası düz 26 dəqiqə meydançada həkimləri gözləyiblər. Oyuna gəlincə, autsayderlərin görüşü darıxdırıcı deyil, əksinə, gözlənildiyindən daha maraqlı alınıb. Görüşü baxımlı edən məqam 90 dəqiqənin bolqollu keçməsi olub. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib. Hərəyə 2 dəfə fərqlənən tərəflər 1 xala razılaşıblar. Hesabda 2 top geri düşən şəkililərin əzmkarlığı qarşılaşmanın heç-heçə bitməsini şərtləndirib. Növbəti dəfə üstünlüyünü qoruya bilməyən meydan sahibləri isə yenə qələbəyə həsrət qalıblar. Beləliklə, Gəncə kollektivi ilk dövrəni 7 komandalı çempionatda 3 xalla 6-cı yerdə başa vurub. Eyni xala malik “Şəki” zonanın sonuncusudur.  Region Liqasında 2-ci dövrəyə dekabrın 8-də start veriləcək.

 

Azad Rəfi