Gəncədə su və kanalizasiya sisteminin yenilənməsi layihəsinin dördüncü mərhələsinin bu il ərzində nəzərdə tutulan şəhər daxili boru çəkmə işlərinin 80 faizi yekunlaşıb. Paralel olaraq iri çaplı qidalandırıcı su xətləri çəkilib. Hazırda layihə üzrə əsas su kollektoru və kanalzasiya xətlərinin çəkilməsi davam edir. Həmçinin podratçı şirkət tərəfindən köməkçi xətləri çəkilir və su birləşmələri işləri görülür. Şəhər əhalisinin fasiləsiz içməli su və kanalzasiya xətti ilə təmin etmək üçün nəzərdə tutulan layihə çərçivəsində Samux rayonunda çirkab su təmizləyici qurğular kompleksi də inşa olunacaq. Bu qurğu vasitəsilə əsas kollektora toplanan çirkab su təmizlənəcək və texniki məqsədlə istifadə ediləcək. Ümumilikdə bu mərhələ başa çatdıqdan sonra şəhərin 80 min əhalisi fasiləsiz içməli sudan və kanalzasiyadan istifadə edə biləcək. Dörüdüncü mərhələ gələn il başa çatacaq.
Orxan Abdullayev - Gəncə layihəsinin baş topoqrafı – “Şəmkirçay su mənbəsindən, Qızılqaya su mənbəsindən 710 və 820 mm-lik borularımız çəkilib. Kanalzasiya ilə bağlı da yenə 1200 mm-lik beton borudan istifadə olunaraq hazırda işlərimiz sürətlə davam etdirilir. 1600 mm-lik borular da işlərimiz başa çatıb. Yalnız mikrotunel işləri görülməkdədir. Mərkəz hissədə Heydər Əliyev prospekti, Atatürk prospekti və onun dalanların da artıq su və kanalzasiya xətləri çəkilib. Yolun tamet, asfalt örtüklər tam bərpa olunub”
Elnur Vahidoğlu
- Baxış: 748