Amerika müharibə veteranlarına məxsus Black Rifle Coffee kofe şirkəti dünyada ən təhlükəli Toyota Prius avtomobilini nümayiş elətdirib. Maşına M61 Vulcan adlı 6 lüləli iri aviasiya pulemyotu quraşdırıblar. Belə silah F16, F18 və F22 qırıcı təyyarələrə bərkidilir. O bir dəqiqə ərzində 6600 güllə ata bilir. Bu güllələrin qiymətini 27 dollardan hesablasaq 180 min dollar təşkil edəcək. Belə çıxır ki, pulemyot hər saniyədə 2970 dollar “yandırır”. Priusun yeni avadanlıqla təmini 160 saat vaxt aparıb.
- Baxış: 373