Qazax Müəllimlər Seminariyası onu deməyə əsas verir ki, rayonda savadlı gənclər ordusu yetişir, bilikli gənclərin sayı gündən-günə artır. Bu fikirlər Qazax Rayon İcra Hakimiyyətində qabaqcıl müəllimlərlə və təhsildə fərqlənən şagirdlərlə görüşün qayəsini təşkil edib. Prezident İlham Əliyevin sərəncamı ilə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd olunması rayon təhsil işçilərinə böyük töhfə kimi dəyərləndirilib. Ölkəmizi tanıyaq tur aksiyasında təşkil edilən intelktual yarışlarda Qazax məktəblilərin birinci olması da diqqətdən kənarda qalmayıb. Rayonda məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsindən də danışılıb. Sonda "Ölkəmizi tanıyaq” tur-aksiyasında nümunəvi iştiraklarına görə məktəblilərə rayon icra hakimiyyətinin xatirə hədiyyələri təqdim olunub.
Natiq Hüseyn
- Baxış: 643