• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 790
— 22.11.2018 23:18

Yol polisi Tovuzda reyd keçirib

KepezTV Player

Yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində reydlər davam etdirilir. Bu dəfə Tovuzda asayiş keşikçiləri yol hərəkət qaydalarına əməl etməyən sürücüləri inzibati qaydada cərimələyib.

Tovuz rayon polis şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları avtomobil yollarında növbəti reydini keçirib. Reydlər zamanı əsas hədəf avtomobilin arxa və yan görüntülərini məhdudlaşdıran pərdə və plyonkadan istifadə edən sürücüləri aşkarlamaq olub.

Keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduqlarına görə bir neçə sürücü saxlanılaraq barələrində protokollar tərtib edilib. Həmçinin təhlükəsizlik kəmərindən istifadə etməyən, avtomobilin konstruksiyasında dəyişiklik edən, eyni zamanda sənədsiz yük və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülər saxlanılaraq barələrində inzibati tədbir görülüb.

İlqar İbarhimov baş inspektor: Tədbirimizin məqsədi istifadə müddəti bitmiş arxa və yan şüşələrdən istifadə edən sürücüləri aşkarlamaqdır. Tədbir zamanı bir neçə kobud qayda pozuntusu, o cümlədən müvafiq kateqoriyası olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər aşkarlandı. Həmin sürücülər barəsində qanuna müvafiq tədbir görüldü.

Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədi ilə müvafiq tədbirlər davam etdirilir.

Natiq Hüseyn