Gənc qadınların liderlik və özünü inkişaf, biznes planlaşdırılması və idarəçilik, marketinq bacarıqlarının inkişaf etdirilməsi, səmərəli ünsiyyət bacarıqlarının inkişafına dəstək iştirakçılara aşılanıb. Təlimçilər həmçinin kiçik biznes təşəbbüslərinin həyata keçirilməsi, biznes planın tərtibi, marketinq strategiyasının qurulması, maliyyə hesabatlarının idarə olunması, kreditlərdən istifadə yolları haqqında da danışıblar. Təlimin sonunda iştiakçılara sertifikatlar paylanıb.
Dalija İqnatavisiute - Latvianın Azərbaycandakı səfirinin müavini: “Bu kimi təlimlərin keçirilməsi qadınların cəmiyyətdə rolunu daha da artırır. Biznes və Liderlik” layihəsi də bu qəbildəndir. Layihədə bacarlıqlı mütəxəssislər tərəfindən qadınlara biznesin və liderliyin sirrləri haqqında danışılıb. Ümumiyyətlə isə Azərbaycanda gender bərabərliyini yüksək qiymətləndirirəm, çünki bu ölkədə kifayət qədər qadın istər dövlət, istərsə də özəl sektorda təmsil olunur.
- Baxış: 335