KepezTV Player
Bu gün yaranmasının 100 illiyini qeyd edən ədliyyə işçiləri peşə bayramı günü münasibətilə Gəncə Regional Ədliyyə İdraəsinin eləcə də Ədliyyə nazirliyin tərkibində fəaliyyət göstərən məhkəmə orqanları və pentensiar xidmət əməkdaşları bir araya gəlib. Fəlaiyyətlərinin bayram səviyyəsində qeyd edilməsinin səbabkarı olan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Baş tutan konfransda bu gün Azərbaycan ədliyyəsinin və məhkəmə-hüquq sisteminin mütərəqqi islahatlar aparılmaqla təkmilləşdiyi, cəmiyyətdə yerinin və rolunun əhəmiyyətli dərəcədə artdığı vurğulanıb. Eləcə də ədliyyə orqanlarının qanunun aliliyinin və insan hüquqlarının qorunmasında, şəffaflığın və ictimai iştirakçılığın təmin olunmasında mühüm fəaliyyəti önə çəkilib.
- Baxış: 369