KepezTV Player
Bakıda yeniyetmə qətl törədib. Hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, N.Abdullayev küçəsi 4/43 ünvanında baş verib. Şəxsi münasibətlər zəminində 15 yaşlı yeniyetmə kəsici-deşici alətlərlə orada yaşayan Bərdə rayon sakini, 44 yaşlı Əhəd Əhmədova çoxsaylı xəsarətlər yetirib.Yaralı xəstəxanaya çatdırılsa da, tibb müəssisəsində dünyasını dəyişib. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci - qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanıb.
- Baxış: 628