• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 21.11.2018 14:24

Gəncədə sərbəst güləş üzrə turnir keçirilib

KepezTV Player

Gəncə Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə böyüklər arasında turnir keçirilib. SSRİ-nin əməkdar məşqçisi İsax Cəfərovun xatirəsinə həsr olunan yarışın açılış mərasimində onun Azərbaycan güləşinin inkişafında gördüyü işlərdən danışılıb. İsax Cəfərovun Aydın İbrahimovun timsalında ilk azərbaycanlı dünya çempionu yetişdirdiyi xüsusilə vurğulanıb. Yarışda xalça üzərində 100-dən çox pəhləvan qüvvəsini sınayıb. 10 çəki dərəcəsində reallaşan turnirdə yerli güləşçilərlə yanaşı Gürcüstan təmsilçiləri də iştirak edib.

 

Orxan Cəfərzadə