“Azəriqaz” Goranboyda rayon mərkəzi də daxil olmaqla 72 yaşayış məntəqəsi qazla təchiz edib və abonentlərin sayı 18652-ə yüksəlib. Bu dəfə Yəhərçi Qazaxlar kəndinin sakinləri qazın verilməsinə seviniblər. 150 mənzilə fərdi tənzimləyici və sayğac quraşdırılıb, uzunluğu 11 km-ə yaxın daşıyıcı və məhəllədaxili xətlər çəkilib. Kənddə qazın verilişi münasibəti ilə təşkil edilən mərasimdə yaxın vaxtlarda rayonun daha 3 kəndinə mavi yanacaq veriləcəyinə diqqət çəkilib. Növbəti il isə daha 6 yaşayış məntəqəsinin qazlaşdırılması planlaşdırılır. Rəmzi məşəl alovlandırıldıqdan sonra evlərdə qaz cihazlarına baxış keçirilıb.
Pərvanə Məmmədova – sakin: Şükürlər oslun ki bizim kənddə qaz çəkildi. Biz qonşu kəndlərə şhərə gedəndə qaz yanan evləri görəndə deyirdik nə olar ay allah bizim evdə də qaz yanardı. İndi şükür allaha ki o gün gəlib yetişdi. Odun yarmaqdan hissdən-pasdan canımız qurtardı.
Rafiq Rzayev – sakin: Çətinliklərimiz çox olurdu. Yaşlı adam odun yara bilmirdi. Odun gətimrək baha başa gəlirdi. Bir kub odunu 150 manata alırdıq. İndi amma sayğcala qazımız işlədib pulunuda ödəyəcəyik.
Natiq Hüseyn
- Baxış: 356