Samsung bu yaxınlarda əyilən smartfon-planşetini rəsmi təqdim etsə də, hələlik kütləvi istehsaldan söhbət getmir. Əvəzində şirkət qatlanan smartfonların buraxılışına başlayıb. W2019 adlı mobil qurğunun güclü xarakteristikası və yüksək qiyməti var: 2700 dollar. 257 qramlıq qacet 4,2 düymlük FullHD AMOLED ekran, Qualcomm Snapdragon 845 prosessoru, 6 QB operativ və 128/256 QB daxili yaddaşla təmin olunub. Androidin 8.1 versiyası ilə işləyən aparat microSD kartını dəstəkləyir. Dəbdəbəli qatlanan smartfon 12 meqapiksellik dəyişdirilə bilən diyaframlı və saniyədə 960 kard tezlikli ultra yavaşlada bilən video yazı əldə edib. 3070 mAs həcmli batareyaya sahib smartfonun təhlükəsizliyinə korpusun yan tərəfində yerləşən barmaq izi skanı cavabdehdir. Qulaqcıqlar isə yalnız Bluetooth vasitəsilə qoşulur, çünki telefonda audio dəlik yoxdur. Yenilik iki rəngdə təklif edilir: platin və çəhrayı qızıl rəngində. Samsung yüksək qiymətə haqq qazandırmaq üçün, zədələnərsə ildə iki dəfə ekranı və batareyanı dəyişməyi öhdəsinə götürür. W2019 sahibləri hətta smartfonun xidməti üçün pulsuz zəng qazanırlar. Qatlanan cihaz hələlik yalnız Çinin China Unicom mobil operatoru üçün nəzərdə tutulub.
- Baxış: 394