• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1162
— 21.11.2018 10:01

Iki çıxıntı hissəli ekrana malik smartfon: Sharp Aquos R2 Compact

Sharp şirkəti keçən ilki Aquos R Compact modelinin yeni versiyası olan Aquos R2 Compact-ı təqdim edib. Bu dəfə şirkət daha da irəli gedərək ekran üzərində iki çıxıntı hissə yerləşdirib. Bundan əlavə olaraq smartfon həmçinin flaqman texniki göstəricilərinə yiyələnib. Ölçü baxımından Aquos R2 Compact keçən ilki modeldən heç də fərqlənmir. Lakin bununla belə yeni smartfonun ekran ölçüsü böyüyüb. Belə ki, Aquos R2 Compact modelə Full HD+ keyfiyyətli 5.2 düym ekran quraşdırılıb, Gorilla Glass 3 isə ekranı qorumaqla məşğuldur. Bu cür ekran ölçüsünə smartfonun aşağı hissəsinin çərçivəsinin nazikləşdirilməsi və həmin yerdə yerləşən çıxıntı hissəyə barmaq izi skanı texnologiyasının yerləşdirilməsi ilə nail olunub. Keçən ilki model orta səviyyəli Snapdragon 660 prosessoru ilə təchiz olunmuşdu. Lakin Aqous R2 Compact modeli 8 nüvəli Snapdragon 845 prosessoru ilə işləyir. Mobil cihazlar bazarında kameraların saylarının artması trendinə baxmayaraq Sharp şirkətinin yeni cihazının 22.6 MP-lik 1 ədəd arxa və 8 MP-lik 1 ədəd də ön kamerası var. Bununla yanaşı kameralar vasitəsilə çəkilmiş fotoların keyfiyyətlərinin artırılması üçün süni zəka texnologiyasından və xüsusi alqoritmlərdən istifadə olunur. Digər texniki göstəricilərə gəldikdə isə smartfon Adreno 630 qrafik sürətləndirici, 4 GB RAM, microSD dəstəkli 64 GB daxili yaddaş və sürətli enerji yığma özəllikli 2500 mAs enerji tutumlu batareya ilə təchiz olunub. Aquos R2 Compact smartfonu gələn il, özü də yalnız Yaponiyada satışa çıxacaq.