Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşı Karen Kazaryanın birinci baxış məhkəmə iclası keçirilib. Kəramət Əliyevin sədrliyi ilə keçirilən məhkəmədə Karen Kazaryanın müdafiəçisi eləcə də şahidlər iştirak edib. Karen Kazaryan bu il iyulun 15-də Qazax rayonunun Kəmərli kəndində saxlanılıb. İttiham aktında vurğulanır ki, Kazaryan silah və partlayıcı maddədən istifadə etməklə terror aktı törətmək niyyətində olub. O, insanların sıx olduğu Qazax şəhərinin mərkəzində yerləşən “Nazim MMC” satış bazarını partlatmaq istəyib. Şahidlərin dindirilməsindən sonra məhkəmənin 27 noyabır 2018-ci il saat 12-ə keçiriləcəyi barədə qərar qəbul edilib.
Əhməd Şahidov hüquq müdafiəçisi: “Dövlət tərəfindən pulsuz vəkilin təmin olunması, tərcüməçilərin təmin olunması, Karen Kazaryanın öz doğma erməni dilində öz hüquqları barədə məlumatlandırılması və onun erməni dilində çıxışı üçün şans yaradılması, məhkəmənin geniş ictimayyət üçün KİV nümayənədələri üçün açıq şəkildə keçirilməsi bir daha Azərbaycan Məhkəmə sisteminin ədalətli və şəffaf olmasından xəbər verir. Erməni Diversant Kəşfiyyat qrupunun üzvü olan Karen Kazaryan da Azərbaycan Məhkəməsi qarşısında tam sərbəst şəkildə öz hüquqlarını qorumaq, müstəqil şəkilədə mühakimə olunur”.
Elnur Vahidoğlu
- Baxış: 802