Şəmkir rayonunda payız-qış mövsümünə hazırlıq çərçivəsində nəzərdə tutulan tədbirlər tam başa çatdırılıb. Nəticədə əhalinin su, qaz və işıqla təchizatı yaxşılaşıb. İndi hava şəraitindən asılı olmayaraq abonentlər istilik sarıdan əziyyət çəkmir.
Rəfail Həsənov sakin: Soyuqlar düşüb. Bizim rayonda qaz su problemi yoxdur. Hər şey normaldır. Vəziyyətimiz yaxşıdır. 24 saat qazımızda işıqımızda suymuzda var.
Rayon sakinlərinin enerji daşıyıcıları ilə normal təminatı yararsız qaz xəttlərinin dəyişdirilməsi, təzyiq aşağı olan yaşayaış məntəqələrində yeni tənzimləyici cihazlarin quraşdırılması hesabına mümkün olub. Eləcə də Şəmkir Elektrik Şəbəkəsi tərəfindən 27 yarımstansiya təmir edilib, 40 ədəd güc transformatoru yenisi ilə əvəz olunub.
Qafar Vəliyev sakin: Mən deyərdim ki Şəmkir son illərədəki kimi heç vaxt qışa hazırlıq işlləri aparılmayıb. Mən əhalinin arasındayam işığımız qazımız suyumuz daimidir. Əhaliyə lazım olan bütün işlər hamısı yerli yerindədir.
Mövsümə hazılıq çərçivəsində yol təsərrüfatı işçiləri tərəfindən 600 kubmetr qum, 30 ton duz, 18 min litr dizel yanacağı və 500 litr benzin tədarük olunub. Mövcud texnikalara baxış keçirilib. Tədürk olunan duz və qum qarışığı Şəmkir-Gədəbəy yolunun kənarına daşınıb.
Qüdrət Əliyev Şəmkir Rayon Fövqəladə Hallar Komissiyasının sədri: Bildirmək istəyirəm ki qışa hazırlıqla bağlı mütəmadi olaraq görüşlər keçirilir. Bu görüşlərin nəticəsidir ki, istər Azərsu istər Azərişıq istər Azəriqaz istərsədə Avtomobil yolları iadrəmiz olsun tam hazır vəziyyətdədir. Rayon cra hakimiyyətinin dəstəyi ilə bu qışda heç bir problem olmayacaq.
Bu məqsədlə xidmət təşkilatlarında növbətçi briqadalar, eləcə də rayon icra hakimiyyətində xüsusi qəragah yaradılıb. Həmin briqadalar yarana biləcək fəsadların qısa zamanda aradan qaldırılmasını təmin edəcək.
Natiq Hüseyn
- Baxış: 1616