• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1480
— 20.11.2018 13:52

"KamAZ" minik maşını ilə toqquşdu, iki nəfər öldü

KepezTV Player

Xızıda iki nəfərin ölümü, iki nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobi yolunda “KamAZ” markalı yük avtomobili “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü 38 yaşlı Şamil Ələkbərov və sərnişini Leyla Məmmədova ölüb. Avtomobildə olan digər sərnişinlər, Leyla Məmmədovanın 8 yaşlı oğlu Yunis Məmmədli və 61 yaşlı Tovuz Manafova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə çatdırılıb. Azyaşlının vəziyyəti ağır olduğundan paytaxtda yerləşən müalicə müəssisələrindən birinə göndərilib. Tovuz Manafova isə ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hadisə taksi fəalliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobil Bakıdan Siyəzənə sərnişin gətirirəkən baş verib.