• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1348
— 16.11.2018 13:27

Qaradağda yanğın - Bir nəfər xilas edildi

KepezTV Player

Qaradağda 4 otaqlı ev yanıb. Ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 80 m² sahədə və ona bitişik ümumi sahəsi 300 m² olan ikimərtəbəli 12 otaqlı evin pəncərəsi və dam örtüyü yanıb. Yanğın zamanı 1 nəfər xilas olunub. Hər iki evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.