• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1164
— 16.11.2018 10:01

Yeni texnologiya Günəş enerjisini 18 il saxlayacaq

İsveçin Çalmers Texniki Universitetinin tədqiqat qrupu Günəş enerjisini uzun müddət saxlaya bilən karbon, hidrogen və azot tərkibli molekul hazırlayıb. Unikal xüsusiyyətə malik molekul Günəş işığı altında izomerlə zəngin enerjiyə çevrilir. İzomeri enerji tələb olan vaxtadək saxlamaq mümkündür və o, tədqiqatçılar tərəfindən MOST (Molecular Solar Thermal Energy Storage - Günəş enerjisinin molekulyar saxlanılması) adlandırılan günəş enerji sistemində istifadə üçün yararlı hesab edilir.

Alimlər toplanan enerjinin boşaldılmasına nəzarət üçün katalizator hazırlayıblar. İçindən mayenin axaraq istilik reaksiyası yaratdığı katalizator filtr kimi işləyir. Mayenin temperaturu daxil olan zaman Selsi üzrə 20 dərəcə təşkil etdiyi halda o, filtrdən keçdikdən sonra 83 dərəcəyədək qızır. Bundan sonra molekul təkrar istifadə üçün ilkin formasına qayıdır. Tədqiqatların aparıldığı müddət ərzində mütəxəssislər tərəfindən molekulun quruluşu və xüsusiyyətləri təkmilləşdirilərək enerjinin saxlanma müddəti 18 ilədək artırılıb.