Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.11.2018 13:58
Ərzaq məhsullarının içində mobil telefonlar aşkarlandı
KepezTV Player
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb. Sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı ona məxsus torbadakı ərzaq və qab-qacağın arasından 3 ədəd mobil telefon və onlara aid aksessuarlar aşkarlanıb.Faktla bağla araşdırma aparılır.
- Baxış: 558
