Bu günə xəbərlərin oxunma sayı: 666
		
			 — 
			15.11.2018 13:45		
		Yük maşını aşdı, sürücü yaralandı
KepezTV Player
					  
					  					  				Hacıqabulda qəza baş verib. Hadisə Bakı-Qazax avtomobil yolunun 160-cı km-də, rayonun Padarçöl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Bakı sakini Eldar Məmmədovun sükanı arxasında olduğu "KamAZ" markalı yarımqoşqulu yük avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 488

