• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 15.11.2018 13:43

“Qəbələ”nin futbol məşqçisi yol qəzasında dünyasını dəyişdi

KepezTV Player

Qəbələ şəhəri ərazisində Zarağan kənd sakini 66 yaşlı Rafiq Məmmədov idarə etdiyi “Toyota Prado” markalı avomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sərnişin, Qəbələ şəhər sakini 44 yaşlı Teymur Musayev hadisə yerində ölüb.FHN-in məlumatına görə, hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxışıb qalan Teymur Musayevin meyitini nəqliyyat vasitəsindən çıxarıblar. Yaralanan sürücünün müalicəsi Qəbələ rayon Müalicə Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində davam etdirilir.Qəzada həlak olan Teymur Musayev "Qəbələ" futbol akademiyasının məşqçisi olub. Ailəli idi, iki oğlu və bir qızı var.