• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 928
— 14.11.2018 14:43

“Kəpəz” kubokda “Səbail” ilə qarşılaşacaq

KepezTV Player

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/19 mövsümünün püşkü atılıb. Trofey uğrunda 12 komanda mübarizə aparacaq ki, bu klubların arasında “Kəpəz” də yer alıb. Birinci divizionun bəzi təmsilçiləri ilə müqayisədə “sarı-göylər” Premyer Liqa komandaları ilə eyni turnirdə yarışmaqdan imtina etməyiblər. Gəncəlilər kubokda mübarizəyə ilk mərhələdən - 1/8 finaldan başlayacaqlar. Püşkə əsasən, “Kəpəz”in bəxtinə rəqib qismində “Səbail” düşüb. Elitada turnir cədvəlində 3-cü pillədə qərarlaşan Bakı klubu ilə oyun Gəncədə keçiriləcək. Görüş dekabrın 6-da baş tutacaq və kubok yarışının 1/8 finalı bir qarşılaşmadan ibarət olacaq. Bu cütün qalibi ¼ final mərhələsində “Zirə” ilə üz-üzə gələcək.

Azad Rəfi