• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1327
— 14.11.2018 13:19

Fərdi yaşayış evi yanıb

KepezTV Player

Qaxda da yanğın olub. Hadisə axşam saatlarında Qax şəhəri Nəsimi küçəsində Əsəd Məmmədova məxsus ümumi sahəsi 77 kv/m olan evdə baş verib. Əraziyə Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb ounub. Evin təmamilə yanmasının qarşısı alınıb. Yanğın nəticəsində aynəbənd içərisindəki əşyalarla birlikdə yanıb. Digər otağın bir hissəsi qismən zərər görüb. Güclü alov nəticəsində evin çardaq hissəsində 40 kv/m sahə yanıb. Ətrafda olan yaşayış evi və mal tövlələri yanğından mühafizə olunub.Yanğın zamanı ev sahibləri evdə olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.