KepezTV Player
Ağstafa rayonundan keçən dəmir yolu xəttində elektirik işi görən 2 fəhlə yanıq xəsarəti alıb. Hadisə Ağstafa rayon Dəmir Yolu Vağzalının yaxınlığında qeydə alınıb. Xəsarət alanlar Suraxanı rayon sakinləri - 26 yaşlı İbrahim İbrahimov və 23 yaşlı Tərlan Məstanovdur. Hər iki şəxs Ağstafa rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər və onlara həkimlər tərəfindən tibbi yardım göstərilib. Hadisənin başvermə səbəbləri araşdırılır.
- Baxış: 623