Bu günə xəbərlərin oxunma sayı: 666
—
12.11.2018 13:18
Dağlıq ərazidə yüksəklikdən yıxılan kişi dünyasını dəyişib
KepezTV Player
Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılan şəxs dünyasını dəyişib. Bohran Vəziyyətlərində İdarəetmə Mərkəzinə rayonun Həmzəli kəndində dağlıq ərazidə yüksəklikdən yıxılmış 43 yaşlı Sadiq Mehralıyevin meyitinin çıxarılması üçün müraciət daxil olub. Hadisə yerinə Şimal-Qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Mehralıyevin meyitinin Həmzəli çayından götürülməsi üzrə tədbirlər başa çatıb. Cəsəd aidiyyəti üzrə təhvil verilib.
- Baxış: 691
