• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 07.11.2018 10:02

9 illik fəaliyyətdən sonra Kepler kosmik teleskopu öz fəaliyyətini dayandırdı

NASA Kepler kosmik teleskopunun missiyasını sonlandırmağı və teleskopu deaktiv etməyi qərara alıb. Fəaliyyət göstərdiyi 9 il ərzində Kepler kosmik teleskopu vasitəsilə alimlər 2.6 min yeni planetin varlığını aşkar ediblər. Kepler 2009-cu ildə faəliyyətə başlamışdı və ilk olaraq Qu quşu ulduz sistemindəki qalaktikaların müşahidə olunması üçün nəzərdə tutulurdu. Lakin 2010-cu ildə Kepler ekzoplanet olmaları güman olunan 3.5 min yeni planeti aşkar etdi. Onlardan 2.6 min planet isə nəticədə həqiqətən də ekzoplanet oldu. “Kepler bizim bütün gözləntilərimizi keçdi, Günəş sistemində və ondan kənarda həyatın axtarılmasında alimlərə yeni yol açdı. O, yeni böyük tədqiqat sahəsini açdı. Onun yeni kəşfləri insanlığın kainatdakı yerinin və ulduzlar arasında olan yeni sirlər ilə imkanlarının görülməsinə yardımçı oldu” – deyə NASA rəsmiləri bildirirlər.