• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1400
— 06.11.2018 10:47

Polestar 1 avtomobilini yoxlamaq üçün 56 km/saat sürətlə divara çırpıblar

Polestar markasının 1 indeksli ilk seriyalı modeli kraş-testdən keçib. Avtomobilin kuzovu ənənəvi polad və ya alüminium yox, karbon fiber materialından düzəlib. Şirkət də bu materialı yoxlamaq qərarına gəlib və ən sərt varianta əl atıb. Belə ki, maşını 56 km/saat sürətlə divara çırpıblar. Amma sınaqların dəqiq nəticələri açıqlanmır. Deyilənə görə, hər şey uğurlu alınıb. Ötən il təqdim olunan sportkupe Polestar 1-in kraş testləri davam etdiriləcək.