Səpin kompaniyasının qısa müddətdə yekunlaşdırmaq üçün bütün imkanlar səfərbər olunub.
Goranboyda bu il 19 min hektarda əkilən dənli bitkilərin məhsulu yığılıb. Arpa və buğdanın hər hektarından orta məhsuldarlıq 37 sentnerə yaxın olub və 52 min tondan artıq taxıl tədarük edilib. Fermer Müşviq Mustafayev ötən il yüksək məhsul əldə olunmasında dövlət tərəfindən verilən subsidiyaların böyük rolu olduğuna diqqət çəkir.
Müşviq Mustafayev – fermer “Keçən il əkdiyim taxıl bitkiləri sentneri 35-40 la olub məhsuldarlığı. Bu ildə qarşımıza məqsəd qoymuşuq ki, daha yüksək məhsul əldə edək. Hazırda sahədə aqroteniki tədbirlər aparılıb, şumdan sonra səpin aparırıq.
Hava şəraitinin əlverişli keçməsi səpinin daha mütəşəkkil və keyfiyyətlə aparılmasına imkan verir. Artıq 15 min hektar sahədə səpin işləri yekunlaşıb və bunun 10 min hektarının suvarılması təmin olunub.
Ramiz Süleymanov – baş mühəndis “ Cari ildə bu qurğular vasitəsi ilə 28 min əkin sahəsinə 268 milyon kub metr su verilibdir. Bunun üçün əkin sahələrinin tələbata uyğun su verilməsi təmin olunub. Payızlıq əkinlə bağl qarşımızda duran öhdəliklərin yerinə yetirilməsi və sahələrin mütəşəkkil suvarılması üçün zəruri tədbirlər görülüb.
Goranboylu fermerlər məhsul istehsalını artırmaq üçün, sahələri genişləndirmək yox, məhsuldarlığı yüksəltmək barədə düşünür.
Yasin Məmmədov – kənd təsərrüfatı mütəxəssisi “Torpaq mülkiyyətçilərinin mineral gübrə ilə bağlı hər hansı bir müraciətin vaxtında həll edilməsinə çalışırıq. Lazımı əkin və səpin texnikaları ilə bağlı çatışmazlıqlar aradan qaldırılıb və səpin işlərimiz lazımı qaydada davam etdirilir.
Mütəxəssilərin bildirdiyinə görə, gələn il üçün dənli bitkilər əkilən sahələrdə məhsuldarlıq daha yüksək olacaq.
Xaliq Qurbanlı
- Baxış: 1416