Gəncədə “Dövlət İmtahan Mərkəzinin fəliyyəti: imtahanlara dövlət və ictimai nəzarətin vəhdəti” mövzusunda regional konfrans keçirilib. Konfransda Gəncə ilə yanaşı qərb bölgəsində yerləşən ali təhsil müəsisələrinin, təhsil şöbələrinin nümayəndələri, imtahan rəhbərləri və nəzarətçi müəllimlər iştirak ediblər. DİM-in fəaliyyəti, gələn il keçiriləcək qəbul və buraxılış imtahanlarının modelləri kimi məsələlər diqqət mərkəzində olub. Bununla belə mərkəz tərəfindən həyata keçirilən imtahanların təşkili və idarə edilməsi, fəaliyyət istiqamətləri, imtahanlara dair ümumi statistik məlumatlar, elektron xidmətlər, digər mövzular da müzakirə edilib. Ümumilikdə Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən imtahanlarda 641 min 517 nəfər iştirak edib. Bütün bu tədbirlərdə isə dövlət və ictimai nəzarət təmin olunub.
- Baxış: 980