KepezTV Player
Goranboyda Azərbaycan ədliyyəsinin 100 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Rayon məhkəməsinin təşkilatçılığı ilə baş tutan ekoloji tədbirdə məhkəmənin, Gəncə Regional Ədliyyə İdarəsinin, eləcə də Gəncə və Goranboy hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı iştirak edib. Ənənəvi olaraq keçirilən yaşıllaşdırma aksiyasında 1 hektar ərazidə yerli iqlim şəraitinə uyğun olan 100-dən çox müxtəlif növ ağac əkilib. Ağacların suvarılması üçün əraziyə su xətti çəkilib. Analoji aksiyalar mütəmadi şəkildə davam etdiriləcək.
Elton Cabbarlı
- Baxış: 361