Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə sosial şəbəkədə səhifə sahibinin vətəndaşların etibarından sui-istifadə edərək onları dələduzluq yolu aldatdığı barədə çoxsaylı müraciətlər daxil olub. Müəyyən edilib ki, səhifədə insanlara pul müqabilində guya xüsusi kompüter proqramlarının köməkliyi ilə qarşı tərəfin xəbəri olmadan mobil telefonun yönləndirilməsi, telefonda ön kameranın açılması və bu üsulla telefon sahibinin gedəcəyi yerlər haqqında məlumatların əldə edilməsi, həmçinin universitetlərə qəbul imtahanları zamanı keçid balının qaldırılması, sosial şəbəkələrdə profillərin izlənməsi kimi uydurma xidmətlər təklif olunur. Keçirilən tədbirlərlə səhifələrin Mingəçevir sakini Cavid İbadov tərəfindən idarə olunduğu müəyyən edilib və o, saxlanılaraq məsuliyyətə cəlb edilib. İbadov qarşı tərəfin şəxsi məlumatlarını və pulunu əldə edən kimi həmin şəxsləri sosial şəbəkələrdə “qara sıyahı”ya ataraq onlarla əlaqələrini kəsib.Pulu ona göndərməyən insanları isə həmin şəxslər barəsində əldə etdiyi məlumatları yayacağı ilə hədələyib. Onun hələlik istintaqa məlum olan 3 nəfərdən ümumilikdə 9000 manat pul aldığı sübuta yetirilib.
- Baxış: 835