• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2074
— 02.11.2018 10:01

Honda hibrid baqqi və pikap düzəltdi

SEMA avtoşousunda Rugged Open Air Vehicle adlı Honda yolsuzluq avtomobili göstərilib. İstehsalçıların sözlərinə görə, konsept-kar Ridgeline pikapının və Pioneer 1000 baqqisinin qarışığından düzəlib. Ofroud Honda Ridgeline modelinin düzəliş edilmiş asma və kuzovunun əsasında ərsəyə gəlib. Pikapdan konseptə salon da keçib. Qapılar isə Pioneer 1000-dən mənimsənilib. Yenidən qurulan yük platformasıdır. Sükan və suyu özündən kənarlaşdıran oturacaqların materialları da baqqidən götürülmədir. Rugged Open Air Vehicle Honda Civic Type R-dan oturacaqlar və smartfonları saxlamaq üçün RAM Mountsla təmin olunub. Alətlər paneli çirkdən və sudan xüsusi işləmələrlə qorunur.