• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 986
— 01.11.2018 17:24

Qazaxda keçirilən region birinciliyində Gəncə cüdoçuları yüksək nailiyyətlərə imza atıblar

KepezTV Player

Əksər çəki dərəcələrində Nizami yurdunun təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gəncə idmançıları birincilikdə 19 çəkidən 17-də qalib gəliblər. Yeniyetmə tatami ustaları Qazax, Tovuz, Ağstafa, Şəmkir, Samux və Göy-Göldən olan həmyaşıdları ilə mübarizədə bu uğura nail olublar.  

Region yarışında Gəncə komandasının tərkibində qız idmançılardan Könül Əliyeva və Xumar Əsədova fərqlənərək bütün rəqiblərindən üstün olub.  

Qazax yarışında fəxri yerlər tutan idmançılar gələn ilin əvvəlində keçiriləcək Azərbaycan birinciliyinə vəsiqə əldə ediblər.

Orxan Cəfərzadə