Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Heydər Əliyev Mərkəzində şəhərin fəal gəncləri ilə görüşüb. İcra başçısı ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, Gəncənin ictimai-siyasi həyatında gənclərin rolundan bəhs edib. Görüşdə gənclərlə iş sahəsi üzrə müxtəlif mövzularda 100-ə yaxın tədbir və layihənin həyata keçirildiyi, 41 idman yarışının təşkil olunduğu vurğulanıb. Şəhər gənclərinin problemləri, eləcə də təklifləri dinlənilib, onlarla işbirliyinin daha da genişləndirilməsinin, gənclərin yeni-yeni layihələrlə, ideyalarla çıxış etməsinin vacibliyi qeyd olunub. Onların asudə vaxtlarının daha səmərəli təşkili üçün addımlar atılacağı, xüsusilə mədəniyyət ocaqlarının yaxınlığında yerləşən çayxanaların ləğv ediləcəyi diqqətə çatdırılıb. Şəhər rəhbərliyi ictimai nəqliyyatın iş saatının artırılması barədə qərar qəbul edildiyini də açıqlayıb.
- Baxış: 917