• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1109
— 31.10.2018 14:33

Goranboylu təsərrüfatçıları xurmanın qiymətindən qane etmir

KepezTV Player

Goranboy rayonu üçün xarakterik olan kənd təsərrüfatı məhsullarından biri də xurmadır. Rayonda bu il ərzində təqribən 40 min tona yaxın xurma yetişib. Fermerlər bağlarda yığım işlərini davam etdirirlər. Məhsulun qiymətinin aşağı olması narazılıqlara yol açır.

Goranboyda xurma yığımına oktyabrın ortalarından başlanılıb. Bağlarda bir ağacdan təxminən 100-150 kq olmaqla məhsul götürülməsi nəzərdə tutulub. Hazırda bu meyvənin 7-9 kiloqramlıq bir yeşiyinin qiyməti 2 manata satılır. Qiymətin ötən ilə nisbətən aşağı olması isə təsərrüfat sahiblərini narahat edir.

Ucar Nəsibov - təsərrüfat sahibi: 30 sot bağım var, hamısıda xurma ağaclarıdır. Hər il bol məhsul götürürəm. Yeşiyi 2 manat alınır. Ötən il isə bur qiymət 2 manat 50 qəpiyə idi. Bu ilki qiymət bizi heç qane etmir.

Goranboy ərazisində xurmanın əsasən şişburun və yastı növləri yetişdirilir. Şişburun xurmanın tez xarab olmasını nəzərə alan alıcılar meyvənin bu növünü Rusiya bazarlarına aparmaqdan imtina edirlər.

Bu il rayonda 600 hektar sahədə xurma yetişdirilib. Hər hektar sahədən də 50-60 sentner məhsulun götürülməsi proqnozlaşdırılır. Yığılan məhsul əsasən Rusiya bazarlarına göndərilir. Rayon ərazisində ümumi tutumu 2 min ton olan saxlama kamerasının xidmətindən də istifadə edilir.

 

Xaliq Qurbanlı