KepezTV Player
Səfər çərçivəsində xarici diplomat şəhər icra hakimiyyətini başçısı Niyazi Bayramovla görüşüb. Görüşdə səfirə Gəncənin sosial, iqtisadi və mədəni həyatı barədə məlumat verilib. Qeyd olunub ki, Gəncə şəhər hava limanından Rusiyanın Moskva və Sankt Peterburq şəhərlərinə mütamadi uçuşlar həyata keçirilir. Gəncə məktəblərində rus dilinin geniş tədrisi də səfirin diqqətinə çatdırılıb. Diplomat Azərbaycanla Rusiya arasında 700-dən artıq şirkətin ticarət əlaqələrinin olmasından söz açıb və hər iki ölkənin müxtəlif sahələr üzrə əməkdaşlıq etdiyini bildirib. Görüşdə Gəncə şəhərində Rusiya Federasiyasının konsulluğunun açılması da səfirə təklif olunub.
- Baxış: 606