Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2018 14:26
Gəncəli cüdoçular beynəlxalq turnirdə 2 qızıl, 1 gümüş medal qazanıblar
KepezTV Player
Bakıda yeniyetmələr arasında cüdo üzrə beynəlxalq “Təhsil kuboku” keçirilib. Yarışda 13 ölkədən 900-dən çox cüdoçu iştirak edib. Paytaxtdakı turnirə Gəncədən də 20-dən artıq tatami ustası yollanıb ki, onlardan 3-ü doğma şəhərə medalla dönüb. 60 kq-da çıxış edən Turan Bayramov və 55 kq çəkidə Nicat Nağıyev bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 34 kq-da güləşən Fərid Qarayev isə gümüş medala yiyələnib.
Orxan Cəfərzadə
- Baxış: 1081
