Oktyabrın 30-da Qazaxın Aslanbəyli kənd sakini Orxan Çələbiyev rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, həmin gün saat 19:50 radələrində həmkəndlisi və qohumu Kamandar Nəsibov sərxoş halda onun yaşadığı evə gəlib və əlindəki “Pnevmatik TİR” tüfəngi ilə onu öldürməklə hədələyib. Zərərçəkənin müraciəti əsasında əməliyyat axtarış tədbirlərinə başlayan Qazax polisi "isti izlərlə" həmin şəxsi saxlayıb və istintaqa təqdim edib.
Ülvi Bayramov - baş müstəntiq: Qazax rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Kamandar Nəsibov saxlanılıb və dindirilməsi üçün şöbəyə gətirilib. İzahaatı alınarkən Kamandar Nəsibov törətdiyi cinayət əməlini qismən etiraf edib və könüllü olaraq özünə məxsus olan “Pnevmatik Tir” tüfəngini istiotaqa təqdim edib.
Əhalidə olan qanunsuz silahlar götürülüb)) Qazax rayon Polis əməkdaşları vətəndaşlarda qanunsuz saxlanılan odlu silah və sursatların yığılması istiqamətində əməliyyat axatarış tədbirlərinə davam etdirir. Cari ilin geridə qalan 9 ayı ərzində polis əməkdaşları 1 ədəd AKM avtomat və 3 ədəd ov tüfəngi müəyən götürüb.
Natiq Hüseyn
- Baxış: 726