Bakıda Ziya Bünyadov prospektinin Nərimanov rayonuna düşən hissəsində qəza baş verib . Zəncirvari qəza yol polisinin avtomobili, Şaqman və iki Kamazın iştirakı ilə qeydə alınıb. Qəza nəticəsində Dövlət Yol Polisi əməkdaşı və Şaqmanın sürücüsü xəsarət alıb. Hadisə yerində yanğın təhlükəsi olduğundan əraziyə FHN əməkdaşları cəlb olunub. Baş verə biləcək yanğının qarşısı alınıb. Məlumata görə, DYP avtomobili iki yük maşının arasında qalıb. Belə ki, yol polisi əməkdaşları qayda pozan Şaqmanın sürücüsünə cərimə yazan zaman arxadan sürətlə gələn Kamaz markalı yük maşını Şaqmana və DPY avtomobilinə çırpılıb. Şaqman zərbədən sonra qarşısında dayanan Kamaza dəyib. Deformasiyaya uğrayan avtomobillər cərimə meydançasına aparılıb. Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.
- Baxış: 460