"Əməkdar incəsənət xadimi” fəxri adına və Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülmüş, haqqında kitablar yazılmış, filmlər çəkilmiş ustad Aşıq Ədalət Nəsibovun ardınca Qazaxlılar Aşıq Şəmşirin 125 illik yubileyini təntənə ilə qeyd ediblər. Bu münasibət ilə Qazax şəhərinin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılışı olub. Çıxışlarda Dədə Şəmşir və onun ustadı Dədə Ələsgərin aşıq sənətinin inkişafındakı xidmətlərindən geniş danışılıb. Ölkə prezidentinin sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması bütün aşıqlara, saz sənətini yaşadanlara verilən yüksək dəyər kimi qiymətləndirilib. Qazaxda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsinin, tarixi günlərin yüksək səviyyədə qeyd olunmasının artıq ənənəyə çevrildiyi xüsusi vurğulanıb.
Teymur Bünyadov – akademik: Bu günləri Qazaxda el bayramıdır. Dahilik zirvəsidnə duran Aşıq Əlsəgərin və Dədə Şəmşirin abidələrinin açılır. Bu iki şəxsiyyət Azərbaycan poezisyasında aşıq sənətində zirvə sayılır. Əvəzssiz bənzərsiz sənətkarlardır.
Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunan silsilə tədbirlər Mədəniyyət Mərkəzində davam etdirilib. İştirakçılar əvvəlcə mərkəzin foyesində ustad aşığın əlyazmaları haqqında yazılan kitablarla tanış olublar. Tədbirdə Dədə Şəmşirin yaradıcılığından söz açılıb. O, qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaradıb. Sonda səsləndirilən bir-birindən zəngin saz havaları tədbirə toplaşanlarda əsl bayram əhval-ruhiyyəsi yaradıb.
Natiq Hüseyn
- Baxış: 1043