Payız-qış mövsümündə Şəmkir rayonunda mavi yanacağın verilişi ilə bağlı problemlər yaşanmayacaq. Bunun üçün Şəmkir Regional Qaz İstismar İdarəsi tərəfindən rayonun 66 yaşayış məntəqəsində təmir-bərpa işləri aparılır, erroziyaya uğramış xətlər və siyirtmələr yenilənir. Qaz itkisinin qarşısının alınması məqsədilə ilin 9 ayı ərzində 19423 halda aşkar edilən qaz sızmaları aradan qaldırılıb. Abonentlərin təbii qaz təchizatının yaxşılaşdırılması və təzyiqin normaya uyğun tənzimlənməsi məqsədilə 51 ədəd müasir tipli qaz tənzimləyici quraşdırılıb. Şəmkir Regional Qaz İstismar İdarəsi Tovuz, Şəmkir, Gədəbəy və Daşkəsən rayonlarında 129745 abonentə xidmət göstərir.
Qənimət Səmədov – Şəmkir RQİİ-nin baş mühəndisi “ Region ərazisində 6 xidmt sahəsi yaradılıb. Bu ərazilərdə 62 km qaz xəttləri dəyişdirilib və yenisi ilə əvəz edilib. Hansı ki, həmin əazilərdə qış aylarında istismar cəhətdən çətinliklərimiz vardı. Hazırda region ərazisində qazın verilişi ilə bağlı heç bir problem yoxdur, istənilən qədər, istənilən təzyiqdə qazın verilməsi mümkündür”
Xaliq Qurbanlı
- Baxış: 1286