Volkswagen T-Cross krossoveri rəsmi debütünə bir neçə gün qalmış görüntülənib. Alman markasının ən yığcam krossoveri işıq diodlu optika, rəqəmsal alətlər paneli və iki rəngli disklər əldə edib. T-Cross öz seqmentində ən təhlükəsiz avtomobil olacağı deyilir. Krossoverin baza təchizatında çox sayda elektron köməkçi və sərnişinləri qoruyan aktiv sistem var. Maşında hərəkət zamanı saxlama sistemi və piyadaları müəyyən edən təcili əyləc sistemi quraşdırılıb. T-Crossda baqaj həcmi 455 litrdir. Arxa oturacaqları qatlamaqla bu göstəricini 1281 litrə çatdırmaq olar. Kompakt yolsuzluq avtomobili 18 düymlük disklər, 8 düymlük ekranı olan multimedia sistemi, 4 USB portu və 300 vattlıq Beats Audio sistemi ilə komplektləşdirilir. Yeni modeldə motor qamması dizel və benzin mühərriklərdən ibarətdir. At gücü isə maksimum 150-ə bərabərdir. Bu kiçik krossover istəyə görə mexaniki və ya robotlaşdırılmış sürət qutusu ilə işləyəcək.
- Baxış: 684