• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2045
— 26.10.2018 09:42

Vertu 5000 dollarlıq smartfonla qayıtdı

Keçmiş Nokianın lüks telefonlar istehsal edən və ötən il iflasa uğrayan Vertu brendi “həyata” qayıtdığını elan edib. Vertu Aster P Çində təqdim olunub. Androidlə işləyən aparat çox bahadır. Vertunun bir çox modelləri kimi Aster P də Böyük Britaniyada əllə yığılır. Onu yığan ustanın imzası da həmin əl işinin üzərinə həkk olunur. Mobil cihazın xüsusi qırmızı düyməsini basmaqla şəxsi assistentinlə əlaqə yaratmaq olar. Titan çərçivəli Vertunun ekranı safir şüşə ilə qorunur. Arxa panel dəri ilə üzlənib. Smartfona nə az, nə çox 5167 dollar qiymət qoyulub. Çinlilər onu 300 dollarlıq telefonlara quraşdırdıqları Qualcomm Snapdragon 660 prosessorla təmin ediblər. 6 QB operativ, 128 QB daxili yaddaşı olan smartfon 3200 mAs həcmli batareyaya sahibdir. Əgər qara və ya ağ versiyalar ürəyinizcə olmasa daha dəbdəbəli – 14146 dollarlıq qızılı versiya da var.