KepezTV Player
Paytaxtda narkotiklə saxlanılan şəxs özünə xəsarət yetirib. Hadisə Nərimanov rayonu Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınıb. 38 yaşlı Samur Əhmədov polis tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan zaman təslim olmaq istəməyib. Bunun üçün də özünə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda polis nəzarətində müalicə alır. Sağaldıqdan sonra qanunun mühakiməsinə veriləcək. Faktla əlaqədar başlanılan cinayət işi üzrə araşdırmalar davam edir.
- Baxış: 475